İnsan Allahın yaratdıqları arasında şüurlu, doğru və yanlışı ayırd etmə bacarığına malik bir varlıqdır. Bundan ötrü də, Allahın varlığının dəlillərini, üstün yaratma gücünü qavraya biləcək, dünya və axirət həyatının əsil məqsədini anlaya biləcək potensiala sahibdir. Lakin sahib olduğu bu üstün xüsusiyyətlər ona bəzi məsuliyyətlər yükləyir. Çünki bütün bunları ağlıyla qavraya bilən bir insan, əsil qulluq etməli olduğu gücün Allah olduğunu və Allahdan başqa ilah olmadığını anlayar. Özünə dünya həyatında yüklənilən məsuliyyətin əslində Allaha iman etmək olduğunu dərk edər. Allah Quranda qullarına belə buyurur:
Bu çox açıq bir həqiqətdir ki, dünya həyatında axtarılan rahhatlıq, xoşbəxtlik və müvəffəqiyyətin təməlində insanların özlərinə yüklənilən məsuliyyəti bilmələri və yalnız Allaha qulluq etmələri yatır. Bu vəziyyət, ictimai baxımdan da keçərlidir və cəmiyyətdə müəyyən tarazlığın meydana gəlməsini təmin edir. Lakin əksi olduqda, yəni Allahın varlığını inkar edənlərin, Onun verəcəyi cəzadan və axirət gününün gətirəcəklərindən qorxmayanların sayı artdıqda, bəhs etdiyimiz bu tarazlıq pozular. İnsanların Allaha qul olduqlarını unudub başqa varlıqlara yönəlmələrinin mühüm nəticəsi olaraq, əxlaqi pozulma, insan münasibətlərindəki korlanma, mənfəətə əsaslanan əlaqələr, güclünün zəifi əzməsi, mərhəmətsizlik, zalımlıq, saxtakarlıq, düşmənçilik kimi şeylər cəmiyyətdə asanlıqla vüsət alar. Bunun nəticəsində isə, ailə və cəmiyyət nizamı, ölkə dincliyi və dünya sülhü təhlükə altına girər. Quranda, insanların Allahın əmrlərinə itaət etməyib nəfslərinin istəklərinə uymalarının, insanlar arasında ciddi degenerasiya yaradacağı belə bildirilir:
Hal-hazırda insanların əksəriyyəti, yaşadıqları və həmişə gileyləndikləri degenerasiyanın kökündəki səbəblərin, öz eqoist istəklərinə uymalarının və Allaha şərik qoşmalarının səbəb olduğunu düşünməzlər. Bundan ötrü də, çıxış yolunu müxtəlif şeylərdə axtararlar. Yalnız iqtisadi, ictimai və mədəni islahatlar apararaq, ölkənin zənginliyini artıraraq və texnologiyasını inkişaf etdirərək problemlərini həll edə biləcəklərini düşünərlər. Halbuki şirkdən tamamilə qurtulmadan və insanlarda güclü Allah inancı yaratmadan, bu üsulları tətbiq etmək qəti çıxış yolu gətirməz. Həmişə yeni çıxış yolları tapılmasına baxmayaraq, Allahın əmr etdiyi gözəl əxlaqa zidd hərəkətlərin davam etdirilməsindən ötrü, heç bir qəti müvəffəqiyyət qazanılmaz.
İnsanların yaşadıqları bu qaranlıq və ürküdücü həyat tərzindən xilas olmalarının, rahatlıq və əmin-amanlığın hökm sürdüyü mühit içində yaşaya bilmələrinin tək yolu var. Bu yol, cəmiyyəti meydana gətirən fərdlərin "insanlara tapınma dini"nin pəncəsindən xilas olmaları, yalnız Allaha iman etmələri və Allahın Qurandakı bildirdiyi əmrlərini yerinə yetirib qadağalarını pozmamaqdır. Bu, bütün insanlar üçün mütləq qurtuluş deməkdir. Çünki insanı Allah yaratmışdır və onun ruhunun nəyə ehtiyac duyduğunu da ən yaxşı Allah bilir. Quranda bu həqiqət belə bildirilir: